Partiya xəbərləri
Şirvanda 26 nəfərin namizədliyi irəli sürülüb

Yeni Azərbaycan Partiyası Şirvan rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq imzatoplama kampaniyasına başlayıb. Rayon təşkilatından verilən məlumata əsasən, 46 sayli Şirvan Dairəs Seçki Komissiyası uzrə iki bələdiyyə - Şirvan və Hacıqəhrəmanli bələdiyyələrindən ümumilikdə 26 nəfərin namizədliyi irəli sürülüb. Bunlardan 17 nəfəri Şirvan, 9 nəfəri isə Hacıqəhrəmanlı bələdiyyələri üzrədir.