Partiya xəbərləri
YAP Yasamal rayon təşkilatı imzatoplama kampaniyasına uğurla start verb

23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin imzatoplama kampaniyasına start verildi
Cari ilin dekabr aynın 23-də Azərbaycanda sayca beşinci yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Mərkəzi Seçki Komissiyasının qərarına uyğun keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür. Xalqla dövlət arasında körpü olan bələdiyyə seçkilərinin ilk mərhələsi olan imzatoplama kampaniyasına start verildi.
YAP Yasamal rayon təşkilatından bu ilki seçkilərdə 19 nəfər partiya üzvü namizədliyini irəli sürüb. Seçkilərdə iştirak etmək üçün ilk mərhələ kimi hər bir namizəd 200 seçici imzası toplamalıdır. YAP Yasamal rayon təşkilatından verilən açıqlamalara görə namizədlər rayonun ərazisində yerləşən Hüseyn Cavid prospektində, Abbas Mirzə Şərifzadə, İmrahim Əbilov, Mikayıl Müşviq, Bəsti Bağırova, İslam Səfərli adına küçələrdə yaşayan sakinlərlə görüşmüş, bələdiyyələrin ölkə həyatında kı rolundan danışmış, imzatoplama kampaniyasının əhəmiyyətini diqqətə çatdırmışlar.
Son illərdə Azərbaycanın siyasi, iqtisadi sahədə qazandığı uğurlarla qürur duyduqların bildirən sakinlər paytaxtımızda, bölgələrdə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını bildirirlər.
İmzatoplama kampaniyası davam edir.