YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Quliyev: Gənclərin məşğulluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilir

«Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsait 25 min manat idisə, artıq bu vəsait 25 milyon manatı keçib. Bu, ölkə rəhbərliyi tərəfindən gənclərimizin inkişafına, onların məşğulluğuna və sağlamlığına göstərilən diqqətdən irəli gəlir». Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib.

V.Quliyev bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması da əvvəlkilərdən çox fərqlənir. Çünki əvvəlki proqramların hazırlanmasında aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın hazırlanması bilavasitə gənclərə həvalə olunub. Onun sözlərinə görə, gənclərin təkliflərindən biri də Gənclər Fondunun yaradılması idi və bu da proqrama salındı.

«Cənab Prezident tərəfindən təsdiq olunduqdan sonra, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı. Fondun fəaliyyəti özünü təsdiq edəndən sonra Fondun statusu dəyişərək, Azərbaycan Prezidenti yanında Gənclər Fondu oldu. Enyi zamanda, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru gənclərin məşğulluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək niyyətindədir»- deyə, sektor müdiri qeyd edib.