Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranda beynəlxalq konfransda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-24-də İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün sabah bu ölkəyə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçiriləcək, tanınmış İslam alimlərinin iştirakı ilə aktual mövzuların müzakirə olunacağı konfransda şeyxülislam məruzə ilə çıxış edəcək.