Xəbərlər
Prezident İlham Əliyev Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə iki milyon manat ayrılıb.