YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Soçidəki tarixi çıxışı qələbə sorağını verdi

Oktyabrın 3-də Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı dərin məzmunlu çıxışı, səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti düşünülmüş addım oldu.

Dünyanın məşhur "beyin mərkəzləri”ndən birində Prezident İlham Əliyevin çıxışı, milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi müzakirələrin kulminasiyası nöqtəsinə çevrildi.

Ən əsası isə Prezident İlham Əliyevin Ermənistan hakimiyyəti tərəfindən əzəli torpağımız Dağlıq Qarabağla bağlı son dövrlər səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabın ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər tədbirdə səsləndirməyi hər bir Azərbaycan vətəndaşını qürurlandırdı.

Dağlıq Qarabağla bağlı tarixi həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin işğalçı Ermənistanın avantürist hakimiyyətinə ünvanlanmış “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida” cavabı işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı mesaj oldu.

"BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir”- deyə Prezident İlham Əliyev ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını nəzərə çatdırıb. Ölkə Prezidenti həmçinin münaqişənin həlli yolunun Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarət olduğunu da vurğulayıb: “Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.

“Valday” forumu çərçivəsində təcavüzkar siyasətinin qurbanı olan Ermənistan baş nazirinin sərsəm bəyanatı Rusiya Federasiyası tərəfindən də təəccüblə qarşılanıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmədiyini söyləyib. Tanınmış rusiyalı politoloq, “Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən Prezident İlham Əliyevin öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməsini yüksək dəyərləndirərək, onun çıxışının Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı çıxışı, "Qarabağ Azərbaycandır” - bəyanatı bir daha Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq sahəsində növbəti uğurlu gedişi olmaqla yanaşı, tezliklə üçrəngli bayrağımızının Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir.

 

DİGƏR Xəbərlər Arxiv