YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanın sürətli iqtisadi inkişafı imkan verir ki, ölkəmiz növbəti illərdə “Doing Business” hesabatında birincilər sırasında yer alacaq

“Sürətli iqtisadi inkişaf nəticəsində ölkəmiz dünya ölkələri arasında xüsusi mövqeyə malikdir. “ Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdir. Ölkəmizin iqtisadi inkşafının sürətlənməsi nəticəsində şaxələnmiş iqtisadiyyatın inkişafına şərait yaratdı. Əhalinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşmasına təkan verdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki,  ölkə ərazisində infrastruktur layihələr uğurla həyata keçirildi. 2004-cü ildən başlayan Regionların iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkəmiz regionun qüdrətli inkişaf etmiş ölkəsinə çevrildi. Dünya bankının nüfuzlu “ Doing Business 2020” təşkilatının müşahidələri və keçirdiyi sorğulara əsaslanaraq hazirladığı hesabatda 190 ölkə arasında ən islahatçı 20 ölkə sırasına daxil edilib.

“2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaqdır. Bu ildə dəfələrlə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün Prezidentimiz tərəfindən bir neçə sərəncam imzalamış, minimum əmək haqqı 250 manata, minimum pensiya 200 manata, büdcədən maliyyələşən təşkilatlarda əmək haqları 50%-ə qədər artırılmışdır. Dünyanın bir sıra möhtəbər tədbirlərinə Azərbaycan ev sahibliyi edir. Beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüskar olmaqla onlara investitsiya yatırır. Buradan gələn əlavə vəsait insanların sosial vəziyyətinin daha da yaxşılşadırılmasına yönədilir. Ölkəmizin iqtisadi inkişafının sürət tempi bizə əsas verir ki, islahatlar davamlı olacaq. Azərbaycanın “ Asan Xidmət” brendi dünyanı düşündürdü, bir sıra ölkələr təcrübə məqsədilə ölkəmizə gələrək bu xidməti öyrənərək ölkələrində tətbiq etməyə çalışırlar. Azərbaycanın sürətli iqtisadi inkişafı bizə deməyə imkan verir ki, Azərbaycan növbəti illərdə “Doing Business” hesabatında birincilər sırasında yer alacaq.  Dünyada həyata keçirilən ədalətli, beynəlxalq hüquqa əsaslanan bütün hesabatlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirilməsinə imkan yaradacaq. İnanırıq ki, beynəlxalq təşkilatların hazırladıqları hesabatlar beynəlxalq normalara uyğun keçirilərsə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alacaq, beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır”-deyə, deputat qeyd edib.