YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: İnnovasiyaya əsaslanan iqtisadiyyatın investorlar üçün ölkəmizin cəlbediciliyini daha da artırır

“Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı istiqamətində mühüm işlər görülür. Bu, yerli və xarici investorlar üçün ölkəmizin cəlbediciliyini daha da artırır”. Bu fikirləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Sahibkarlığın İnkişafı Fondu ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq, sahibkarlığın inkişafı məqsədilə biznes təşəbbüskarlarına verilən intellektual xidmətlərin əhatə dairəsinə genişləndirir. Bu məqsədlə fondda fəaliyyət göstərən Sahibkarlara Xidmət Mərkəzi və Biznes İnkubasiya Mərkəzində sahibkarlara müasir bazarın tələblərinə uyğun mentorluq xidmətləri verilməsini artırmaqla yanaşı, biznes təşəbbüskarlarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün də layihələr həyata keçirilir.

“Bu cür fəaliyyətlərdən biri də Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı və KOICA-nın Azərbaycan ofisinin maliyyə dəstəyi ilə keçirilən “Ağıllı körpü” layihəsidir. Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın, o cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı vacib tədbirlər həyata keçirilir. Bu yöndə reallaşdırılan islahatlar müsbət nəticələr verməkdədir”-deyə, nazir müavini vurğulayıb.