YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Kənd təsərrüfatı məhsulları üzrə istehsalçıların bazarlara çıxışının asanlaşdırılması əsas məqsədlərdən biridir

«Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması əsas məqsədlərdən biridir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, qarşıya qoyulan  hədəf çərçivəsində daxili bazar infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra prioritetlər müəyyənləşdirilib. Onun sözlərinə görə, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də Strateji Yol Xəritəsi çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biridir.

“Sənəddə vurğulanır ki, ilk növbədə, ixrac imkanlarının genişləndirilməsi baxımından zəruri şərtlərdən biri məhz bazar infrastrukturunun inkişafı ilə bağlıdır ki, bu baxımdan ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə bazar infrastrukturunun inkişafı tədbirləri ixraca da stimullaşdırıcı təsir göstərəcək. Eyni zamanda, ənənəvi ixrac bazarlarına daha geniş miqyasda daxil olmaqla yanaşı, xüsusilə də yeni ixrac bazarlarına çıxış imkanlarının yaradılması istiqamətində kompleks dəstəkləyici tədbirlərə ehtiyac vardır. Buna görə də, ənənəvi və yeni satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi zəruridir. Bununla əlaqədar kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac bazarlarının coğrafiyasının genişləndirilməsi, rəqabət üstünlüyü olan məhsul istehsalçıları üçün ixracın təşviqi və dəstəklənməsi üzrə tədbirlər həyata keçirilir. Görülən bu işlər müsbət nəticələr verməkdədir»- deyə, deputat qeyd edib.