YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Gənclər asudə vaxtlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin gənc partiya fəalları ilə bu dəfəki görüşü asudə vaxtın düzgün və səmərəli təşkili ilə bağlı olub.

“Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır” - deyən millət vəkili ölkəmizdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən, son illər bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb Bu nailiyyətlərin qazanılmasında gənclərin də böyük rolu olduğunu diqqətə çatdıran millət vəkili bir ölkənin gənc təbəqəsinin dünyagörüşlü, intellektual formalaşmasında onun asudə vaxtını necə keçirməsinin də böyük əhəmiyyət daşıdığını qeyd edib.

Naqif Həmzəyev bildirib ki, asudə vaxtına düzgün nəzarət edən gənc sabah həyatını, taleyini düzgün quracaq. Təəssüf ki, gənclərin əksəriyyəti boş vaxtlarını səmərəli formada keçirə bilmirlər. Saatlarla telefondan, həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələrdən asılı qalmaq, az mütaliə etmək, kimi hallar gənclərin dünyagörüşünün formalaşmasında izsiz qalmır. Gənclər asudə vaxtlarını düzgün qiymətləndirməyi bacarmalıdırlar. Təmiz havada gəzmək, idmanla məşğul olmaq, hərəkətli və ya intellektual oyunlarla məşğul olmaq gənçlərin sağlamlığı və dünyagörüşünün artırılmasında çox vacibdir.

Naqif Həmzəyev sosial şəbəkələrdə zaman keçirən gənclərə internetin verdiyi imkanlardan yararlanmağı, Azərbaycan həqiqətlərini dünyayay çatdırmağı, bu sahədə həyata keçirilən işə töhfələrini verməyi tövsiyə edib.

Sosial şəbəkələr gənclər üçün vaxt itkisi yox, asudə vaxtın səmərəli təşkili üçün vasitə olmalıdır – deyə qeyd edən Naqif Həmzəyev gənclərə Azərbaycanın apardığı haqlı mübarizənin sosial şəbəkələr vasitəsi ilə təbliğ etmələrini, ölkəmizlə bağlı doğru və dolğun informasiyaların yayılmasında fal olmalarını məsləhət görüb.

Tədbir zamanı asudə vaxtlarını səmərəli keçirmək hər bir gəncin gələcəyi üçün çox vacib olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərin formalaşmasına kömək edir, təhsilə və biliyə olan marağı artırır. Dövlət tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərə verilən dəstəyin onların milli şüurunun inkişafına, vətənpərvərlik hisslərinin artmasında xüsusi təsiri var.

Geniş diskussiya şəraitində gənclər onları düşündürən məsələlərlə bağlı millət vəkilinə suallar ünvanlayıb, məsləhətlər alıb, ideya və təkliflərini səsləndiriblər.