Xəbərlər
Şahin Mustafayev: Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
Cari ilin 7 ayında qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 17-də jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan və Gürcüstanın nəqliyyat sahəsində böyük potensialı olduğunu deyən nazir diqqətə çatdırıb ki, ötən il yükdaşımaların həcmi 72 faiz artıb: “Bu çox yaxşı göstəricidir. Biz gürcüstanlı həmkarlarımızla danışıqlarda bu dəhlizin təşviqi istiqamətində tədbirlərin təşkilini nəzərdə tuturuq”.