Xəbərlər
"Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilir
Sentyabrın 11-də Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilir.
Dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media təmsilçiləri və siyasi ekspertlər iştirak edirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyasını Baş Nazirin müavini, partiya sədrinin müavini-icra katibi Əli Əhmədov təmsil edir.