Xəbərlər
Kiyevdə GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq
Sentyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 49-cu iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Sentyabrın 13-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.