Xəbərlər
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarına start verilib
İyulun 22-də Bakı Su İdmanı Sarayında “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının üzgüçülük yarışlarına start verilib.
Yarışın birinci günündə atletlər 100 və 400 metr məsafəyə sərbəst, 200 metr məsafəyə baterflay, 200 metr məsafəyə brass, 400 metr məsafəyə fərdi qaydada qarışıq üsulla, 100 və 200 metr məsafəyə arxasıüstə üzmə yarışlarında mübarizə aparacaqlar. Üzgüçülük yarışları iki sessiyada keçiriləcək. Səhər sessiyasında təsnifat mərhələsinin yarışları olacaq. Axşam sessiyasında finalçılar və medalların sahibləri müəyyənləşəcək.
Üzgüçülük yarışlarında Azərbaycanı 6 atlet - Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova və Məryəm Şeyxəlizadəxangah təmsil edir.
Qeyd edək ki, iyulun 27-dək davam edəcək festivalda 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparır.