YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir

“Azərbaycanın milli maraqlar əsas götürülməklə müəyyənləşdirdiyi xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”. Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda dünyanın ayrı-ayrı bölgələrində arzuolunmaz proseslər gedir. Onun sözlərinə görə, geosiyasi və geoiqtisadi zəmində alovlanan müharibələr, milli-dini dözümsüzlüyün təzahürü olaraq baş qaldıran münaqişələr qlobal miqyasda təhlükəsizliyə, sabitliyə, bütövlükdə bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.

“Belə bir vəziyyətdə bütün parametrlər baxımından bölgənin lider aktoru sayılan Azərbaycan öz imkanlarını təqdim edərək regionda və daha geniş coğrafiyada ölkələr və xalqlar arasında barış, xoş niyyət mühitinin bərqərar olmasına, siyasi-iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verməyə çalışır. Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qısa müstəqillik tarixində müstəqil Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir ki, respublikamızla sıx əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır”-R.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv