Xəbərlər
Oğuzda yay məktəbinin ikinci turu başlayıb

İyulun 12-də Oğuz rayonunda Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb.
İkinci turda da layihə çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil ediləcək. Yay məktəbində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək, eləcə də gəncləri maraqlandıran müxtəlif tədbirlər təşkil olunacaq.