YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün xidmətləri misilsizdir

“Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün xidmətləri misilsizdir.  Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gəlməsi respublikamızı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi və bu tarix hər bir azərbaycanlı üçün qürur tarixidir”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, hazırda respublikamızın müxtəlif guşələrində Ulu Öndərimizin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və digər şəxslər Ulu Öndərimizin xalqımız qarşısında misilsiz xidmətlərindn danışıblar.

“Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın əsası qoyuldu”-deyən millət vəkili qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda yaranmış mürəkkəb prosesləri təhlil edir, ölkənin tarixi taleyinin xilası yolunda siyasi irаdə nümayiş etdirir, qəti addımlar atırdı. Qısa zamanda Azərbaycanı böyük fəlakətlərdən xilas etdi, vətəndaş müharibəsinin genişlənməsinə imkan vermədi, ölkədə hərc-mərcliyi aradan qaldırdı və hüquqi, demokratik dövlətin yaradılmasının əsaslarını qoydu.

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən E.Quliyev söyləyib ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin əsasında Heydər Əliyev siyasəti dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir.

DİGƏR Xəbərlər Arxiv