YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

Vaşınqtona səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

XİN-dən  bildiriblər ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb.

Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə müzakirələr aparılıb.

Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.

Habelə tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də görüşdə iştirak edib.