Xəbərlər
2015-ci ildə dövlət büdcəsinin 8,1 faizi təhsil xərclərinə ayrılacaq
Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək. Bu barədə parlamentin Elmə və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev bildirib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün 1717,2 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52,5 faizi ümumi təhsil, 30,7 faizi təhsil sahısində digər müəssisə və tədbirlərin, 9,7 faizi məktəbəqədər təhsil, 2,3 faizi ali təhsil, 2,6 faizi orta ixtisas təhsili, 2 faizi ilk peşə ixtisas təhsili, 0,2 faiiz əlavə təhsilin maliyyələşdirilməsinə yönələcək.
Gələn il təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 milyon manatı bır sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcək.
Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.