Xəbərlər
Avrokomissar: Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyini davam etdirəcək
Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək.
Bu barədə Aİ-nin genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han iyunun 13-də Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumundan əvvəl bəyanatında deyib.
Avrokomissar qeyd edib ki, Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır.
"Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - deyə o bildirib.