Xəbərlər
Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya yatırıb
İndiyədək Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard ABŞ dolları, Azərbaycan Aİ-yə 15 milyard dollar sərmayə yatırıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 13-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.
Nazir qeyd edib ki, hazırda ölkədə Avropa İttifaqına üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Azərbaycan Aİ-nin əsas iqtisadi və ticarət tərəfdaşlarındandır.