Xəbərlər
Elmar Məmmədyarov: Azərbaycan böyük sülh sazişi üzərində işləməyə hazırdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplər müəyyənləşdirilib, artıq sülh sazişi üzərində işləmək lazımdır.
Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan nazir Fransa Prezidentinin də böyük sülh sazişi üzərində işə başlamağı təklif etdiyini diqqətə çatdırıb. “Biz razıyıq və buna hazırıq. Amma bunun üçün əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, - deyə E.Məmmədyarov əlavə edib.