Xəbərlər
Devid Lidinqton: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır
İyirmi ildir ki, bölgənin inkişafına əngəl yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Dağlıq Qarabağda baş verənlər çoxlu sayda insanın həyatına təsir edən faciədir.
Bu fikri Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.
Nazir deyib ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə kömək etməyə hazırdır.