Xəbərlər
“Sarsılmaz qardaşlıq-2019” təlimində tapşırıqlar xəritə üzərində icra olunur
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi çərçivəsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində icra olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, döyüş işinin və qarşılıqlı əlaqənin təşkili sualları işlənilir.