YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistanın münaqişənin həlli ilə bağlı siyasətində hər hansı bir pozitiv irəliləyiş müşahidə edilmir

“Ötən il  Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində hər hansı bir pozitiv irəliləyiş müşahidə edilmir”. Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, forpost dövlətin yeni baş naziri Nikol Paşinyan elə ilk vaxtlardan sülh prosesinə xələl gətirən, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların pozulmasına hesablanan yanaşmalarla və absurd açıqlamalarla diqqət mərkəzinə gəldi. Onun sözlərinə görə, işğalçi ölkədə ssenarinin “perspektivlərini” təsəvvür etmək çətin deyil.

“Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Həmçinin Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq. Beynəlxalq ictimaiyyət və ilk növbədə də ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr ölkələr Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatı birmənalı şəkildə pisləməli və iki ölkə arasında substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan status-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dayişməli, beləliklə də, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yol açılmalıdır”-deyə, deputat qeyd edib.