Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təbrikində deyilir: "Əziz həmvətənlər, Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin".