Xəbərlər
İqtisadiyyat naziri: İlin sonunadək Hacıqabul və Sabirabad sənaye məhəllələrinin açılması nəzərdə tutulur
Bu il Hacıqabul və Sabirabad sənaye məhəllələrinin açılması nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib.
"Hacıqabul və Sabirabad sənaye məhəllələri ilə bağlı görülən işlər artıq yekun mərhələyə çatıb. Düşünürəm ki, hər iki sənaye məhəlləsi bu ilin sonunadək istifadəyə veriləcək", - deyə nazir qeyd edib.