Xəbərlər
Hadi Rəcəbli: Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilir
“Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirilir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, digər sahələrdə olduğu kimi turizm sahəsinə dövlət qayğısı yüksəkdir. Onun sözlərinə görə, bu sahənin inkişafı üçün geniş imkanlar yaradılıb.
“Ölkəmizdə əlverişli turizm infrastrukturu yaradılıb. Respublika ərazisində xeyli sayda beynəlxalq standartlara cavab verən otellər, müalicə-sağlamlıq kompleksləri, istirahət zonaları istifadəyə verilib. Eyni zamanda, ölkəyə daha çox turistin cəlb olunması və milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldilməsi üçün önəmli layihələr reallaşdırılır”-deyə, komitə sədri vurğulayıb.