Xəbərlər
Sevinc Həsənova: Növbəti il ölkəmizə investisiya qoyuluşunun artımı prqonozlaşdırılır
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/41d6c32db040d0ea90e3e8bdffb45ab7.jpg&w=360)
2015-ci ildə Azərbaycanda inflyasiyanın həddinin aşağı olması gözlənilir. Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.
S.Həsənova bildirib ki, proqnozlara əsasən gələn il inflyasiyanın həddi 2,3% həcmində olacaq. Onun sözlərinə görə, növbəti il investisiya qoyuluşunun da artımı nəzərdə tutulur.
«Bu illə müqayisədə gələn il investisiya qoyuluşu 5% də artacaq. Bununla da investisiya qoyuluşunun 25 milyard dollar olacağı proqnozlaşdırılır»- deyə, nazir müavini qeyd edib.