YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir

“Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Dövlətimizin büdcəsində də hər zaman sosial məsələlərə xüsusi yer verilir”. Bu fikirləri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, təkcə səhiyyə sahəsində 15-dən çox dövlət proqramı var. Onun sözlərinə görə, MDB məkanında Azərbaycan qədər bu sahə ilə dövlət proqramı icra edən ölkə yoxdur.

“Ötən il şəkərli diabetlə bağlı proqrama 36 milyon, bu il isə 44 milyon manat vəsait ayrılıb. Həmçinin, keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyon manatdan çox vəsait ayrılıb. Dövlət bu kimi xəstəliklərin müalicəsini öz üzərinə götürüb. Bu da xalqa qayğıdır. Bütövlükdə isə, dövlətimizin büdcəsi sosialyönümlüdür və hər il bu sahəyə böyük vəsait ayrılır”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv