Xəbərlər
Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri başa çatıb
Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola saldılar.