YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətdir

“Ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət proqramları qəbul olunub, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına yeni təkan verilib. Regionlarda aqroparkların açılması prosesi sürətlənib, istehsal-logistika-marketinq-istehlak zəncirini özündə birləşdirən yeni müəssisələr açılır”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə 4 iri su anbarı tikilərək istifadəyə verilib, 100 minlərlə yeni torpaqlar dövriyyəyə qaytarılıb, əkin sahələrinin həcmi genişləndirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi sayəsində ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsi 90-100 faizə çatıb, qeyri-neft ixracında kənd təsərrüfatının payı artıb. Ümumiyyətlə, son 15 ildə kənd təsərrüfatı 1,7 dəfə, kənd təsərrüfatının ixracı isə 6 dəfədən çox artıb.

“Regionların sosial infrastrukturun müasirləşməsi ölkədə turizmin inkişafına da öz təsirini göstərib. Ölkəmizin 11 iqlim növündən 9-a malik olması və regionlarda yaradılmış müasir infrastruktur turizm sənayesinin inkişafını sürətləndirib. Altı beynəlxalq aeroportun istifadəyə verilməsi, Qusar və Qəbələ qış-yay turizm komplekslərinin açılması, hər bir regionun turizm potensialının reallaşdırılması imkanlarının genişlənməsi bölgələrdə yeni turizm müəssisələrinin meydana gəlməsinə əlverişli şərait yaradıb. Ümumiyyətlə, indiyədək icra olunmuş regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı Azərbaycanın regionlarına yeni nəfəs verib, ölkədə deurbanizasiya prosesi başlayıb və bütövlükdə respublikamızı inkişafın yeni mərhələsinə çıxarıb. Artıq 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət proqramı təsdiqlənib. Dördüncü Dövlət proqramının icrası nəticəsində regionlar müasir dövrün çağırışlarına uyğun inkişaf edəcək, iqtisadiyyatın qeyri-neft sektorunda bölgələrin payı artacaq və regionlarda ixtisaslaşmış müəssisələr istifadəyə verilməklə ölkəmizin ixrac potensialı yüksələcək. Eyni zamanda, regionlarda işsizlik problemi əsaslı şəkildə həll olunacaq və əhalinin sosial rifahı daha da yaxşılaşacaq”-deyə, T.Süleymanov vurğulayıb.