Xəbərlər
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və rifah diləyirəm.”