Xəbərlər
Prezident İlham Əliyev Roza Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə, Roza İsmayıl qızı Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.