Xəbərlər
Azərbaycanın təbii qaz ixracı 2 dəfədən çox artıb
Cari ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 39 milyon 658 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-aprel aylarında ixrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 342 milyon 922 min dollar olmuşdu.