YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub

“Azərbaycan uğurla inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələri bundan ciddi narahat olur və öz çirkin kampaniyalarını işə salırlar. Adətən belə kampaniyalar cəmiyyətin müxtəlif sahələrini əhatə edən irimiqyaslı beynəlxalq idman, hümanitar, mədəniyyət və başqa sahələri əhatə edən tədbirlər ərəfəsində aparılır. Növbəti belə bir çirkin kampaniya bu dəfə mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində başlanıb. Bu qüvvələrin məqsədi növbəti şər-böhtan kampaniyası aparmaqla Azərbaycanı gözdən salmaq, onun nüfüzuna xələl gətirməkdir. Bu anti-Azərbaycan qüvvələr idmana aidiyyatı olmayan subyektiv, reallıqdan uzaq heç bir əsası olmayan fikirləri irəli sürürlər.  2012-ci ildə Avroviziya, 2015-ci oldə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları zamanı da Azərbaycana qarşı belə çirkin kampaniyalar təşkil olunmuşdu. Ancaq Azərbaycan qeyd olunan tədbirləri çox yüksək səviyyədə təşkil edərək bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirdi”. Bu fikirləri AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Bakıda UEFA Avropa Liqasının İngiltərənin iki komandasının iştirakı ilə keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici Işlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və çox təəcüb doğurur: “Bakı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir. Bakı hal-hazırda dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Azərbaycan həm regionda həm də dünyada ən sabit və təhlükəsiz ölkələrdən biridir. Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan bu vaxta kimi çoxlu sayda irimiqyaslı mötəbər idman yarışlarına ev sahibliyi edib və bundan sonra da edəcək. Bu mənada Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları, UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyununu yada salmaq kifayətdir. Bu tədbirlərə qatılmaq üçün xeyli sayda  ölkədən minlərlə idmançı, on minlərlə tamaşaçı rahat şəkildə ölkəmizə səfər etmiş və yüksək səviyyədə təşkil olunan yarışları izləmişdilər. Bu idman yarışlarını izləmək üçün, müxtəlif beynəlxalq təbirlərdə iştirak etmək üçün ölkəmizə gələn çoxsaylı xarici ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin yüksək səviyyədə təmin olunmasından, mövcud olan sabitlik və təhlükəsizlik mühitindən və belə iri miqyaslı tədbirlərin təşkilatçılıq səviyyəsindən çox razı qalıblar”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan eyni zamanda turizmin sürətlə inkişaf etdiyi bir ölkədir. Belə ki, ildən ilə ölkəmizə gələn xarici vətəndaşların sayı durmadan artır. “Ölkəmizin malik olduğu cöğrafi mövqeyi, onun tarixi, milli adət-ənənələrimiz, mədəniyyətimiz və digər cəlbedici xüsusiyyətləri ilə yanaşı Azərbaycanda mövcud olan əmin amanlıq, sabitlik mövcud olan təhlükəsizlik mühiti xaricdən gələn turistləri cəlb edən ən vacib amillərdən biridir. Azərbaycan dövləti tərəfindən, AFFA-nin təşkilatşılığı ilə mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oynunun yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri həyata keçirilib. İnanıram ki, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu çox yüksək səviyyədə təşkil olunacaq və yaddaşlarda uzun müddət qalacaq”-deyə, R.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv