Xəbərlər
İranın “Araz” Azad İqtisadi Zonasından Azərbaycana ixracın həcmi 28 milyon dollara çatıb
İranın “Araz” Azad İqtisadi Zonasından (AİZ) Azərbaycana ixracın həcmi artaraq 28 milyon dollara çatıb.
Bu sözləri İranın “Araz” AİZ-in baş direktoru Möhsün Nəriman deyib. O bildirib ki, AİZ-dən Türkiyə, Gürcüstan, Özbəkistan, Əfqanistan, Rusiya və Almaniyaya da mal ixrac edilir. Lakin Azərbaycanın yaxın qonşu dövlət olması və qarşılıqlı iqtisadi əlaqələrin yüksək səviyyəsi bu ölkə ilə ixrac əməliyyatlarının həcminin artmasına səbəb olub.
M.Nəriman bildirib ki, 2018-ci ildə zonadan 251milyon dollar həcmində mal ixrac edilib ki, bunun 28 milyonu Azərbaycanın, 68 milyonu Türkiyənin, qalanı isə digər ölkələrin payına düşüb.
Azərbaycanın iş adamları AİZ-ə sərmayə yatıraraq istehsal prosesində iştirak edirlər. İş adamlarının qarşılıqlı əlaqələri sərmayənin həcminin yaxın vaxtlarda daha da artacağını deməyə əsas verir.
Xatırladaq ki, İranın “Araz” AİZ-i Araz çayının sahilində, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir.