YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov və Məhəmməd Cavad Zərif Rusiya-İran-Azərbaycan formatında keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər

Gündəlikdə bu dəfə Rusiyada olacaq Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi görüşün yekunları barədə danışarkən bəyan edib. Rusiyalı nazir qeyd edib ki, iranlı həmkarı ilə əhatəli danışıqlar aparıb. O deyib: ”Biz İran İslam Respublikasının xarici işlər naziri ilə əhatəli danışıqlar apardıq. İkitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirdik, bizim aramızda siyasi səviyyədə, o cümlədən yüksəksəviyyəli mütəmadi əlaqələr mövcuddur. İndi gündəlikdə bu dəfə Rusiyada olacaq Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var”.

S.Lavrov əlavə edib ki, Rusiya İranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, iki ölkə arasında münasibətlərin əsas prioritetlərindən biri də terrorçuluqla mübarizə üzrə əməkdaşlıqdır. Onun sözlərinə görə, tərəflər Rusiya və İran ərazisində olan hər iki ölkənin vətəndaşlarının maraqlarının təmin olunması sahəsində də əməkdaşlıq edirlər.