YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və bundan sonra da edəcək

“Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ideyaları nəinki insanlarımızın qəlbində yaşayır, eyni zamanda bu gün həyata keçirilən dövlət siyasətində də özünün əksini tapır. Bunun sayəsində Azərbaycan  daim inkişaf edir, yüksəlir, həyatın müxtəlif sahələrində yüksək tərəqqi nümunələri göstərir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinin bariz ifadəsidir. Bugünkü Azərbaycan inkişaf, tərəqqi, yüksəliş, rifah, sabitlik, təhlükəsizlik  deməkdir. Və təbii ki, bugünkü Azərbaycan reallıqlarının böyük bir mənası da gələcəyə nikbinliklə baxmaq, sabaha olan inamdan ibarətdir”. Bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və sosial siyasət”mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Konfransın  Heydər Əliyev irsində böyük yer tutan sosial siyasət məsələlərinə həsr edilməsinin heç də təsadüfi olmadığını deyən Baş nazirin müavini qeyd edib ki, Ümummilli Lider  Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində, Onun zəngin irsində sosial məsələlər daim əhəmiyyətli yer tutub. “Vətəndaşlarımız Ulu Öndərimizin bu yöndəki siyasətini xatırlayır və yüksək dəyərləndirir. Eyni zamanda, bu gün ölkəmizdə həyata keçirilən, Prezidentimiz İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbycan vətəndaşlarının maraqları öndə dayanır. Ümumiyyətlə, hər bir dövlətin çoxsaylı vəzifələri içərisində ən mühüm yer tutan məqam ölkənin və onun vətəndaşının təhlükəsizliyinin təmin olunması, ikincisi isə onun yüksək rifahının təmin edilməsi, bu istiqamətdə sistemli şəkildə işlərin aparılması təşkil edir. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirdiyini illər boyu sübuta yetirib”-deyən, YAP Sədrinin müavini söyləyib ki, sosial rifah məsələləri, insanların güzaranının yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca xüsusiyyətlərindən birini təşkil edir. Onun sözlərinə görə, nə işlər görülürsə, hansı addımlar atılırsa onun başlıca qayəsi və dəyəri insanla bağlıdır.

“Ötən illər ərzində və bu günün özündə də insanların rifahının yaxşılaşdırılması dövlət siyasətində ən başlıca yerlərdən birini tutur. Son bir neçə ay ərzində müxtəlif kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması həyata keçirilən siyasətin qayəsində insanların rifah halının yüksəldilməsinin dayandığını bir daha göstərir. Elə bir təbəqə yoxdur ki, onun sosial müdafiəsi gücləndirilməsin.  Dövlət başçısının verdiyi  qərarlar əhalinin  sosial rifahın yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir. Təbii ki, Azərbaycanın imkanları genişləndikcə, maliyyə resursları artdıqca Prezidentimizin qeyd etdiyi kimi insanların rifahının daha da yaxşılaşdırlması üçün bundan sonra da addımlar atılacaq. Bu addımlar nəticəsində insanlar daha da yaxşı yaşayacaq, onların həyatının keyfiyyəti yüksələcək. Bu baxımdan hər yeni il, əvvəlki ildən daha uğurlu olur. Bundna sonra da, hər yeni ildə həyatımız daha da yaxşılaşacaq, insanların rifahı daha da  yüksələcək. Vətəndaşlarımız  əmin ola bilərlər ki, dövlətimiz və Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və  bundan sonra da edəcək”-deyə, Əli Əhmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv