Xəbərlər
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb

Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon ABŞ dollarına çatıb.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, yanvar-mart ayında Belarusdan ölkəmizə idxalın dəyəri 64,2 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 5,5 milyon dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.