Xəbərlər
SOCAR Pakistana ildə 1 milyon ton neft məhsulunun tədarükü barədə müqavilə imzalayacaq
“SOCAR Trading” şirkəti Pakistana ildə 1 milyon tondan çox neft məhsulunun tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalayacaq.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, ilkin olaraq 100 milyon dollar həcmində məhsul üçün kredit xətti ayrılacaq:
“Nəticədə SOCAR Pakistana ikinci ən iri uzunmüddətli neft və neft məhsulları tədarükçüsü olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi SOCAR-la yanacaq tədarükü barədə sazişi təsdiq etmişdi.