YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir”. Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

 T.Mirkişili bildirib ki, islahatların uğurlu olması onun qətiyyətli və düşünülmüş aparılmasından və xalq tərəfindən dəstəklənməsindən çox asılıdır. Keçən müddət ərzində dövlət başçısının bütün addımlarının qətiyyətli və uzaqgörən olmasına bütün dünya şahidi olmuşdur. Cənab Prezidentin müəllifi olduğu   həm daxili, həm də beynəlxalq layihələr daim uğurla başa çatmışdır.

“11 aprel 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük səs çoxluğu ilə prezident seçilməsi Azərbaycan xalqının məhz Onu dəstəklədiyini deməkdir. Bir neçə gün öncə Fransanın “Opinion way” şirkətin apardığı sorğu nəticəsində rəyi soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin Prezidentin islahatlarını dəstəkləməsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir. Keçən 1 ildə islahatların mühüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, Ümumi Daxili Məhsul 3%, qeyri-neft sənayesi 15% artmış, inflyasiya cəmi 2% olmuşdur. 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdir. İslahatlar nəticəsdinə iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırmışdır. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafisəinin güclənməsinə yönəldən dövlət başçısı minimum əmək haqlarını, pensiyaları, sosial müavinətləri, tələbə təqaüdləri və s. artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərmişdir”-deyə, deputat qeyd edib.