YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycan sülhsevər ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 11-də ölkəmizdə səfərdə olan İspaniya Dövlət Televiziyasının “Medina en TVE” proqramının direktoru Buziane Əhməd Xocaya müsahibə verib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Ə.Qarayev müsahibədə Azərbaycanın tolerant ölkə olduğunu vurğulayaraq müxtəlif dinlərə mənsub millətlərin burada sülh və əmin-amanlıq içərisində yaşadığını bildirib. Nazir qeyd edib ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Ölkəmizdə bu mövzuda çoxsaylı beynəlxalq konfrans və forumlar keçirilir.

Azərbaycanda mədəniyyət sahəsinin inkişafı, bu sahədə yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər barədə danışan Ə.Qarayev ISESCO-nun mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2011-ci ildən etibarən iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun - 10 iyul tarixlərində gerçəkləşəcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verib.

Qeyd olunub ki, ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu Azərbaycana xaricdən, o cümlədən müsəlman ölkələrindən gələn qonaqların sayının ildən-ilə artmasına səbəb olur. Bu səfərlərin artması digər tərəfdən də xalqımızın yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqədardır.

Ə.Qarayev müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə də danışıb, bu ərazilərdə tarixi-mədəni abidələrimizin dağıdılıb talan edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan sülhsevər, sabitliyin bərqərar olduğu ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq.

DİGƏR Xəbərlər Arxiv