YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Rəy sorğusunun nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır

“"Fransanın nüfuzlu “Opinion Way” sorğu mərkəzi fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə geniş rəy sorğusu keçirib. Bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyəti sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilib və əsas məsələlərdə rəy bildirənlər ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət qiymətləndirib". Bu fikirləri  "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı  Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu, hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır. Onun sözlərinə görə, əslində cəiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələlərdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyin qorunmasını yüksək qiymətləndirdiklərini bildirirlər. Bu cür yanaşma sıravi Azərbaycanlının strateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai - siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil.

“İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğurdan da regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s. Buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar hazırki regionlarımızın real mənzrəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətlədirilir. Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Şəhid ailələrinə birdəfəlik müvinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edibdir. Eyni zamanda idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində 15+1 formulası kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı”-deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv