YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüsnan Bəy Fanani: Naxçıvan İslam dünyası üçün çox əhəmiyyətli bir məkandır

Naxçıvan İslam dünyası üçün çox əhəmiyyətli bir məkandır. Təsadüfi deyil ki, Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.

Bu sözləri İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani deyib.

O vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat və turizm sahəsində böyük potensiala malik bir diyardır. “Muxtar respublikaya səfərimin məqsədi Naxçıvanla İndoneziya arasında əlaqələrin formalaşdırılması və daha da genişləndirilməsindən, gələcəkdə hansı sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu öyrənmək və inkişaf etdirməkdən ibarətdir”, – deyən səfir onu da qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İndoneziya arasında əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Hüsnan Bəy Fanani deyib: “Naxçıvanda turizmin inkişafı üçün bütün şərait yaradılıb. Həm də Naxçıvan tarixi, mədəni və dini abidələrlə zəngindir, bunlardan Nuh Peyğəmbərin türbəsi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini qeyd etmək lazımdır”.

Naxçıvanda təhsil, səhiyyə və mədəniyyət sahələrində də böyük uğurların əldə edildiyini vurğulayan diplomat bildirib ki, muxtar respublikada müasir standartlara cavab verən ali təhsil ocaqları, səhiyyə və mədəniyyət müəssisələri mövcuddur. Qədim diyarda yüksək intellektual səviyyəyə malik gənclər yetişir