YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Avropalılar enerji layihələrinin maliyyə məsələsi və müvafiq qanunvericilik bazasının qəbulu üçün ciddi addımlar atmalıdır

«Biz Avropa Birliyinin vahid və qətiyyətli enerji siyasətini və onun konturlarını görmək istəyirik. Təəssüflər olsun ki, bu günə qədər Avropanın bununla bağlı ümumi baxışları bəlli olsa da, amma birgə enerji siyasəti bu gün aydın deyil. Beynəlxalq enerji layihələrinin həyata keçrilməsindəki problemlər Avropa ölkələrinin vahid enerji siyasətinin olmamasındadır. Fikrimcə, avropalılar enerji layihələrinin maliyyə məsələsi və müvafiq qanunvericilik bazasının qəbulu üçün ciddi addımlar atmalıdır». Bu fikirləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu gün Avropanın enerji siyasəti haqqında birmənalı fikir yürütmək olmur. Onun sözlərinə görə, bu məsələdə Almaniya və Fransanın mövqeyi digər Avropa dövlətlərindən fərqlidir.

«Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı bu layihənin həyata keçirilməsini təkcə Azərbaycan üçün yox, eyni zamanda Avropa üçün yeni bir istiqamət olaraq öz enerji siyasəti üçün müəyyənləşdirib. Cənab Prezident İlham Əliyev öz çıxışında dəfələrlə bildirib ki, “Cənub Qaz Dəhlizi” Avropa üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bizim həyata keçirdiyimiz enerji layihələri çoxşaxəlidir. Bura yeni terminalların tikilşi, yeni qaz yataqlarının inkişafı və eyni zamanda yeni bazar axtarşı daxildir. Bu hər bir neft-qaz istehsal edən ölkə üçün vacub istimaqətdir. Biz də bu istiqamət üzrə gedirik»- deyə, deputat qeyd edib.