YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbuldan yola düşən blok qatarı Bakıya çatıb

İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.

Təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.

Son illər ölkə daxilində nəqliyyat infrastrukturuna xeyli vəsait qoyulub. Xəzər dənizində ən böyük ticarət limanı da məhz Azərbaycana məxsusdur. Ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılmasında mühüm rol oynayır. Regionun avtomobil, dəmir və dəniz yollarını birləşdirən logistik mərkəzlərin yaradılması hesabına Azərbaycan Qərbi Şərqə qovuşdurur. Yükdaşımada Azərbaycan ərazisindən istifadə olunması isə xərcləri azaldır.

Abşeron Logistika Mərkəzinin gündəlik yükdaşıma gücü 30 min tona bərabərdir. Bu isə il ərzində 11 milyon ton deməkdir. Ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadəyə Bakı-Tbilisi-Qars dəmir yolu da geniş imkanlar yaradacaq.

Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Proqnozlara görə, bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton yük daşınacaq, yükdaşımalardan başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək.