YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycanda əmək ehtiyatları sürətlə artır

“Ölkəmizdə vergi və gömrük sistemində aparılan islahatlar iqtisadi inkişaf proseslərinə müsbət təsirini göstərir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycanda əmək ehtiyatları sürətlə artır. Bu artım özü zəruri edir ki, Azərbaycanın iqtisadi strategiyasında məşğulluq amili ön plana çəkilsin.

“Azərbaycanda sənaye quruculuğu dövlət siyasətinin əsas hədəflərindən biri kimi müəyyənləşdirilib. Respublikamız yeni iqtisadi şəraitdə sənayesinin inkişafını diqqət mərkəzində saxlamaqla həm əhalinin əmək bazarına çıxış imkanlarını artırmaq, həm də xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik məhsullar çıxararaq ölkəyə valyuta daxilolmalarını artırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bütövlükdə isə sənaye quruculuğu liberal iqtisadiyyatının əsas elementlərindən biridir”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv