Xəbərlər
Bu il Azərbaycana gələn turistlərin sayı 3 faiz artıb
Bu il Azərbaycana gələn turistlərin sayı 3 faiz artıb.
Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, bu artım ölkəyə yeni istiqamətlər üzrə turistlərin gəlməsi nəticəsində olub.
K.Quluzadə bildirib ki, bu ilin ilk iki ayında ərəb ölkələrindən gələn turistlərin sayında 7 faizədək azalma müşahidə olunub: "Lakin bu, müvəqqətidir. Yanvar-fevral ayları zəif turizm mövsümü hesab olunur. Digər tərəfdən, ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşların sayı azalıb. İraqlı turistlərə hava limanında viza verilməsi proseduru ilə bağlı müəyyən dəyişikliklər edilib. Bütün bunların hamısı gələn turistlərin sayına təsir edib. Amma ərəb ölkələrindən Azərbaycana iki yeni aviaşirkət vasitəsilə uçuşların başlaması ilə əlaqədar bu məsələdə stabilləşmənin olacağı gözlənilir. Bu da nəzərə alınmalıdır ki, Yaxın Şərq iqtisadi və siyasi baxımdan qeyri-stabil zonadır. Onlarda ölkədən çıxmaqla bağlı da problemlər olur. Ona görə də vaxtaşırı belə problemlər olacaq".