Xəbərlər
Azərbaycanda əhalinin gəlirləri 5,1 faiz artıb
Yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952 milyon manatlıq vəsait qalıb.